Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirildi

Hərbi

01.08.2024 15:20

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan TodayPress-ə verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.

tag: Azərbaycan, Minatəmizləmə, ANAMA,Mina, todaypress.az,