Ordumuzun zabiti vəfat etdi – MN-dən rəsmi açıqlama

Hərbi

01.07.2024 11:39

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

tag: Müdafiə Nazirliyi, Zabit, Ordu, todaypress.az,