Ordumuzun hərbi qulluqçusu vəfat etdi
Hərbi
20.11.2024 21:42
Azərbaycan Ordusunun hərbi qulluqçusu
Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb
müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən
bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi
qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir
diləyir.
tag: Müdafiə Nazirliyi, Ölüm,Hərbi Qulluqçu, Tağıyev Bəhri, todaypress.az,