Ordumuzun hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində öldü
Hərbi
23.01.2025 21:50
Müdafiə Nazirliyinin N saylı hərbi
hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan
açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat
daxil olmuşdur.
Bu barədə TodayPress-ə hərbi prokurorun böyük
köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə
müşaviri Firad Əliyev məlumat verib.
Məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya
Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də digər
hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq
şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib
və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin
tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta
və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
Allah hərbçimizə rəhmət eləsin
tag: Əsgər, MÜdafiə Nazirliyi, Hərbi Qulluqçu,Kəlbəcər, Atəş, Hərbi Prokurorluq, todaypress.az,