Ordumuzun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak oldu
Hərbi
10.12.2024 22:14
Müdafiə Nazirliyinin "N" saylı
hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tarıverdi Zaur oğlu Cəfərlinin odlu silahdan
açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat
daxil olub.
Bu barədə TodayPress-ə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. İstintaq üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər zəruri hərəkətlər yerinə yetirilib.
Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Şahidlər dindirilərək, müxtəlif ekspertizalar təyin edilib və digər istintaq
hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam edir və qanunvericiliyin
tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, hər bir fakta və əmələ
hüquqi qiymət veriləcək
tag: Müdafiə Nazirliyi, Ölüm,Hərbi Qulluqçu,Naxçıvan, Ədliyyə, todaypress.az,