Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Hərbi

28.08.2024 09:59

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

tag: Azərbaycan, Naxçıvan, Ordu, Atəş, Müdafiə Nazirliyi, todaypress.az,