Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutuldu

Hərbi

14.06.2024 20:33

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

tag: Ermənistan silahlı qüvvələri, Azərbaycan Ordusu, Naxçıvan, Vedi rayonu, todaypress.az,