Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Hərbi
11.09.2024 12:15
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Müdafiə Nazirlyindən TodayPress-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
tag: Naxçıvan, Atəş, Ermənistan ,Silahlı Qüvvələr ,Müdafiə Nazirliyi, todaypress.az,