Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Hərbi

16.08.2024 09:21

2304

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

tag: Azərbaycan,Azərbaycan Müdafiə Nazirliyi ,Atəşkəs, Naxçıvan, Ermənistan, todaypress.az,