MÜHARİBƏYƏ HAZIRLIQ? – Almaniya nüvə silahlarını daşıyacaq qırıcılar alır
Almaniya müdafiəyə xərclərini artıraraq, ordunu daha müasir silahlarla təchiz etməyi planlaşdırır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Berlin sifariş verdiyi 35 təyyarədən əlavə ABŞ-nin aviasiya və müdafiə şirkəti “Lockheed Martin” tərəfindən istehsal edilən daha 8 ədəd “F-35” qırıcısı almaq niyyətindədir. Reaktiv təyyarələr qabaqcıl sensorlar və digər avadanlıqlarla təchiz olunub.
Qeyd olunur ki, “F-35”lər 2027-ci ildən etibarən Almaniyanın qərbindəki Buhel şəhəri yaxınlığındakı hava bazasında yerləşdiriləcək və eyni zamanda ABŞ-nin nüvə silahlarını da daşıya biləcək. İlk səkkiz “F-35”in 2026-cı ildə təhvil verilməsi planlaşdırılır. Pilotların təlimi ABŞ-də keçiriləcək.
Günəş Mərd
tag: Müharibə, Almaniya, Silah, Qırıcı, todaypress.az,