Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi

Hərbi

10.05.2025 11:53

20

Mayın 10-da  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

TodayPress xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

tag: Müdafiə Nazirliyi,Ulu Öndər,Heydər Əliyev,Fəxri Xiyaban,Todaypress.az,

photo
photo