Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır
Müdafiə Nazirliyinin N saylı hərbi
hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı
əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin
əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin
iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər
hərəkətlər icra edilib.
Bu barədə TodayPress-ə hərbi prokurorun böyük
köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə
müşaviri Firad Əliyev məlumat verib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq
şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya
yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin
tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta
və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
tag: Hərbi, Prokurorluq, Cinayət, Araşdırma,Azərbaycan, todaypress.az,