Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət etdi
Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Zərifə xanımın məzarı üzərinə əklil və gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
tag: Müdafiə Nazirliyi,Qadın,Hərbi Qulluqçu,Fəxri Xiyaban,Todaypress.az,



