Müdafiə Nazirliyi növbəti dəfə təlim keçirdi
Hərbi
26.08.2024 15:10
2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.
Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.
tag: Müdafiə Nazirliyi, Təlim, Komanda,Artilleriya Bölmələri, Hərbi, todaypress.az,