Mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
Hərbi
12.09.2024 09:28
Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordu-muzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
tag: Atəş, Naxçıvan, Ordumuz ,Yuxarı Buzqov, Paşalı, todaypress.az,