MN və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirildi
Hərbi
26.09.2024 18:18
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Çinin dövlət şirkəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb. Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
tag: Azərbaycan ,Çin ,Zakir Həsənov ,ADEX ,Əməkdaşlıq ,todaypress.az,