MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları sıradan çıxarılacaq
Hərbi
08.09.2024 17:50
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə
Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri
tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş
sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv
edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 9 sentyabr
2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək Seyfəli poliqonunda həyata
keçiriləcək" deyə məlumatda bildirilib.
Qeyd edilib ki, aparılan partlayış
işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
tag: Müdafiə Nazirliyi,Seyfəli ,Poliqon,Döyüş,Sursat,Partlayış,