Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutuldu

Hərbi

22.06.2024 18:45

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.

MN-dən TodayPress-ə verilən xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

tag: Kəlbəcər, Atəşkəs, Ermənistan, Azərbaycan, Münaqişə, todaypress.az,