Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
Hərbi
22.06.2024 10:29
İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
tag: Kəlbəcər, Mollabayramlı, Azərbaycan Ordusu, Atəş, todaypress.az,