Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Hərbi

21.07.2024 09:56

İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

 

TodyPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

tag: Kəlbəcər,Atəş,Mövqe,Basarkeçər,İstisu,Ermənistan,Azərbaycan Ordusu,Müdafiə Nazirliyi,MN,todaypress.az,