İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Hərbi

27.10.2024 11:10

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. 

Müdafiə Nazirliyindən TodayPress-ə bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. 

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

tag: Seyfəli,Poliqon,Silah,Sursat,Müdafiə Nazirliyi ,Todaypress.az,