İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Hərbi

20.10.2024 15:35

1563

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir. 

Bu barədə TodayPress-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixindən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. 

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək" məlumatda vurğulanıb.

tag: Müdafiə Nazirliyi,Silah,Poliqon,Seyfəli,Todaypress.az,