İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzaladı

Hərbi

07.11.2024 17:12

İsrail Müdafiə Nazirliyi “Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcılarının alınması ilə bağlı 5,2 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.

TodayPress "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.

"Yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək" məlumatda bildirilib.

Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.

tag: İsrail, F-15IA, Təyyarə, Silah,todaypress.az,