İB rəhbəri: “Azərbaycan minalar əleyhinə ən çox pul ayıran ölkələr siyahısında biricidir”
Hərbi
04.12.2024 12:48
“Hazırda ümumi dünyada mina əleyhinə mübarizədə maliyyələşmənin azaldılması müşahidə olunur”.
TodayPress xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Minalar Əleyhinə Konvensiyana (Ottava Konvensiyası) dünya ölkələrinin 80 faizi üzvdür. 33 ölkə isə hələ də qoşulmayıb.
“Hələ də dünyanın 58 ölkəsində minaların yaratdığı problemlər qalmaqdadır.
Konvensiyaya üzv olan 94 ölkə tərəfindən bu günə qədər 55 milyon mina məhv olub. Mina istehsal edən ölkələrin sayı isə 55-dən 12-yə düşüb. Yunanıstan və Ukrayna isə ən çox minaya sahib ölkələrdir. Təkcə Ukraynada 3.1 milyon mina mövcuddur.
Həmçinin hesabat dövründə 281.5 kvadratmetr ərazi minalardan təmizlənib. Üzv olan 53 ölkədə 5757 nəfər minadan zərər çəkib, onlardan 1983 həlak olub. Zərərçəkənlərin 84 faizi mülki insanlardır. Onların 37 faizi uşaqlar, 81 faizi isə kişilərdir. Qeydə alınan hadisələrim 833-ünə səbəb piyadalar əleyhinə minalardır”.
Konfransda qeyd olunub ki, ən çox minalar əleyhinə pul ayıran ölkələr siyahısında Azərbaycan birici yerdədir. Rəsmi Bakının bu sahədəki beynəlxalq dəstəyi cəmi 4 faizdir.
Qeyd edək ki, mətbuat konfransında sammit çərçivəsində görülmüş işlər və “Landmine Monitor Report 2024” hesabatında əks olunmuş məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.
Töhfə Səməd
tag: Mina, Problem, Konvesiya, Ukraniya, todaypress.az,