Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salındı - FOTO

Hərbi

13.01.2025 13:47

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.

Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə cəmiyyətə layiqli vətəndaş olmaları arzulanıb.

Hərbi qulluqçular üçrəngli bayrağı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq bildiriblər.

Tədbirin sonunda sərhədçi əsgərlər hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə yola salınıb.

tag: DSX,Əsgər,Xidmət,Müddət,Sərhəd,İlham Əliyev,todaypress.az,

photo
photo