Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Hərbi

10.02.2025 13:20

2588

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. 

Müdafiə Nazirliyindən TodayPress-ə verilən xəbərə görə, toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir. 

Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

tag: Müdafiə Nazirliyi,Atıcı,Hazırlıq,Təlim,Todaypress.az,