Hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hərbi
01.06.2024 18:41
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb
İdarəsində görüş keçirilib.
TodayPress xəbər verir ki, görüşdə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti
polkovnik-leytenantı Anar İsmayılov və Qırğız Respublikası Müdafiə Nazirliyinin
Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Amanbai Matisakov hərbi tibb sahəsində
əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə
dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra qırğızıstanlı nümayəndə Müdafiə Nazirliyinin Baş
Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika,
Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji
Anatomiya Mərkəzini ziyarət edib, burada yaradılan şəraitlə hərbi tibb sahəsində
xidmət edən həkimlərin fəaliyyətlərini izləyib.
tag: Azərbaycan ,Qırğızıstan ,Hərbi ,Əməkdaşlıq ,todaypress.az,