Hərbi çağırışdan yayınanlara qadağa – UKRAYNA
Hərbi
08.06.2024 14:09
Ukraynada çağırış vərəqəsi əsasında 10 gün ərzində hərbi kommisarlıqlara gəlməyən şəxslərə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
TodayPress-in “unian“a istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qəbildən olanların ölkədən çıxışına qadağa qoyulmaqla yanaşı, bank hesabları dondurulacaq. Eyi zamanda hərbi çağırışdan yayınanlar nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediləcək.
Nərmin Tuncay
tag: Hərbi,Çağırış, Ukrayna, Dünya, todaypress.az,