Hərbçimiz NATO kursunu uğurla başa vurdu

Hərbi

24.04.2025 17:02

7

Cari ilin 24 aprel tarixində İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilmişdir.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudeynatov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəfəqiyyətlə məzun olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Roma şəhərində yerləşən NATO Müdafiə Kolleci ilə artıq uzun illərdir əməkdaşlıq edir. Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir.

Bu kollecdən məzun olan zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.

tag: Müdafiə nazirliyi,Hərbçi,NATO,Kurs,Todaypress.az,