Hərbçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər - FOTO
Hərbi
15.11.2024 18:20
Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə "Mavi Balina - 2024" təlimi keçirilib.
TodayPress xəbər verir ki, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu "Mavi Balina - 2024" təlimində müşahidəçi qismində iştirak edib.
tag: Hərbçilər, Türkiyə, Silahlı Qüvvələr,Mavi Balina - 2024,Təlim, todaypress.az,