Goran təlim sahəsində yararsız döyüş sursatlarının məhvi həyata keçirilir
Hərbi
09.01.2025 18:55
Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən bildirilib.
Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.
tag: Müdafiə Nazirliyi,İstismar,Müddət,Goran Təlim Mərkəzi,todaypress.az,