Fransa Ermənistanı aktiv şəkildə silahlandırmağa davam edir

Hərbi

27.05.2024 14:48

TodayPress Fransanın "ForcesOperations" müdafiə media saytının məlumatlarına istinadən xəbər verir ki, İrəvan bu yay Fransadan 20 ədəd "Bastion" zirehli maşını alacaq.

"Ermənistana ixrac üçün 20-dən çox “Bastion” zirehli maşını ixrac edilib. Bu, İrəvan və Paris arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin bir hissəsi olan sazişin birinci mərhələsidir. Analoji həcmdə ikinci partiya bu yay göndərilməlidir", - deyə "ForcesOperations" saytında qeyd olunub.

Xatırladaq ki, Bastion ilkin olaraq ölkənin Afrikadakı keçmiş müstəmləkələrindəki olan Frans qoşunları üçün nəzərdə tutulmuşdu. Ötən ilin noyabrında Fransa KİV bu tipli zirehli maşınların Ukraynaya pulsuz göndəriləcəyini bildirsə də, Kiyev avadanlıqların açıq-aşkar yararsızlığına görə bu tədarüklərdən imtina edib.

Bundan sonra Paris zirehli maşınlarını Ermənistana satdı ki, bu da onlardan qurtulmağın yeganə yolu oldu. (ordu.az)

tag: Fransa, Ermənistan, Silah, Təxribat, Ordu, todaypress.az,