Əsgərlər üçün “görünməzlik kostyumu” hazırlandı

Hərbi

25.07.2024 12:05

Rusiyanın “HiderX” şirkəti kamuflyaj, yəni insanı “görünməz” edən kostyumların kütləvi istehsalına başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Lenat.ru” məlumat yayıb. 

İnfraqırmızı diapazonda gizliliyi təmin edən kostyumlar, xüsusi hərbi əməliyyatlar üçün nəzərdə tutulub. 

Bildirilib ki, hazırda şirkət tərəfindən ayda 600-ə yaxın belə geyim istehsal olunur. 

“HiderX”in rəsmisinin sözlərinə görə, geyim sayəsində bir qurup rusiyalı hərbiçi Ukrayna silahlı qüvvələrinin hücumunu rahatlıqla dəf edə biliblər. 

Töhfə Səməd

tag: Rusiya, Görünməz, HiderX, Kostyumlar, Hərbi Əməliyyatlar, todaypress.az,