Ermənilər Tovuzda kəşfiyyat uçuşlarına cəhd etdi

Hərbi

25.07.2024 16:16

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb" deyə məlumatda qeyd olunub.

tag: Erməni, Tovuz, Kəşfiyyat, Ağdam, Uçuş, todaypress.az,