Əlahiddə Ümumqoşun Ordu Komandanına birinci müavin təyin olundu

Hərbi

20.12.2024 12:37

Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini, Qərargah rəisi postuna yeni təyinat olub.

TodayPress xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.

İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə polkovnik Telman Hüseynov təyin olunub.

tag: Polkovnik, Vəzifə, Təqaüd ,Ümumqoşun ,todaypress.az,