Dəqiq mina xəritələri veriləcək? – Ekspertdən BƏDBİN PROQNOZ
Hərbi
01.07.2024 15:29
“Ermənistan
tərəfinin indiyə qədərki davranışları bizə bu işğalçı ölkənin Azərbaycan
ərazilərinə basdırdığı milyon yarım ərazinin mina xəritələrini vermək
niyyətində olmadığını deməyə əsas verir”.
Bunu TodayPress-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, Ermənistanın nə vaxtsa Azərbaycana dəqiq mina xəritələrini verəcəyinə inanmaq sadəlövhlük olar. Çünki Ermənistanın istəyi Rəsmi Bakıya təqdim etdiyi qeyri-dəqiq xəritələrlə Azərbaycan tərəfini yanlış istiqamətə yönəldərək daha çox itkilər verməsinə zəmin yaratmaqdır:
“Ermənistan
konstitusiyasında, hərbi doktrinasında, milli təhlükəsizlik strategiyasında və
digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyənə
qədər sülh müqaviləsinin imzalanması doğru olmayacaq. Çünki bu müqavilə
imzalanıb, Ermənistan parlamentinə göndərilərsə, Ermənistan parlamenti çox
rahatlıqla bu sənədin ölkə konstutusiyasına uyğun gəlmədiyini əsas gətirərək
sülh müqaviləsini təsdiqləməyə bilər. Və yaxud təsdiqləsə belə, konstitusiyada
mövcud olan müddəalar gələcəkdə Ermənistanın növbəti dəfə Azərbaycana qarşı
fəaliyyətlərini mümkün edir. Bu baxımdan yaxın perspektivdə nə sülh
müqaviləsinin imzalanmasına, nə dəki Ermənistanın dəqiq mina xəritələrini
Azərbaycana verəcəyinə dair ehtimallar irəli sürə bilərik”.
Qeyd
edək ki, Ermənistanın təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi
İrəvan hələ də dəqiq mina xəritələrini vermək istəmir.
Günəş Mərd
tag: Ekspert, Mina, Xəritə, Ədalət Verdiyev, todaypress.az,