Daha 541 mina zərərsizləşdirildi

Hərbi

02.12.2024 16:07

2361

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan TodayPress-ə verilən məlumata görə, azad olunan ərazilərdə noyabr ayı ərzində 85 tank əleyhinə mina, 456 piyada əleyhinə mina, 2274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 4707,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

tag: ANAMA, Mina, İşğal, PHS, DSX, todaypress.az,