Daha 2 itkin-şəhid dəfn ediləcək
Hərbi
25.09.2024 10:11
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
TodayPress xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Qeyd edilib ki, hərbçi Alıyev Vaqif Sərdar oğlunun dəfni Gəncə şəhəri, Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlunun dəfni isə Xocavənd rayonu, Qaradağlı kəndi Şəhidlər Xiyabanında baş tutacaq.
Dəfn mərasimləri sentyabrın 26-da həyata keçiriləcək.
tag: Dəfn ,Şəhid,Birinci Qarabağ müharibəsi, Xocavənd Rayonu ,İtkin ,todaypress.az,