Çexiya Almaniyadan 77 ədəd “Leopard” tankı alacaq
Hərbi
21.06.2024 12:42
Çexiya Sovet dövründə qalma köhnəlmiş parkını yeniləmək üçün yaxın bir neçə il ərzində 70-dən çox Almaniya istehsalı olan “Leopard” tankı alacaq.
TodayPress-in xəbərinə görə, yeni tanklar digər Avropa ölkələri ilə birgə satınalma müqaviləsi çərçivəsində əldə ediləcək.
Qeyd edək ki, Çexiya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.
tag: Çexiya, Almaniya, Ukrayna, Leopard Tankı, todaypress.az,