Çexiya 70-dən çox “Leopard 2A8” tankı almağı planlaşdırır
Hərbi
07.06.2024 10:00
Çexiya təxminən 60 milyard kron (təxminən 2,8 milyard dollar) qarşılığında Almaniyanın 77 “Leopard 2A8” tankı almağı planlaşdırır.
TodayPress xəbər verir ki, Çexiya hökuməti tezliklə “Leopard 2A8” tanklarının alınması üçün Bundesverlə birgə tenderə qoşulmaq barədə razılaşmanı təsdiq etməlidir. Bu sənəd sözügedən hərbi texnikanın alınmasına dair müqavilənin bağlanması istiqamətində aralıq addım olacaq.
Saziş 2024-cü ilin sonuna qədər imzalana bilər.
tag: Çexiya, Leopard 2A8, Dünya, Tank, todaypress.az,