Bu günədək azad edilmiş ərazilərdə nə qədər sahə minadan təmizlənib? - RƏSMİ AÇIQLAMA
Hərbi
15.10.2024 17:35
“İşğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bugünədək 167 min 624 hektar ərazi minalardan və digər partlayıcı qurğulardan təmizlənib. 160 min 467 ədəd mina və partlamamış hərbi sursat isə aşkar edilərək zərərsizləşdirilib”.
Bunu TodayPress-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti bildirib.
Qurumdan o da qeyd olunub ki, 2020-ci il 10 noyabr tarixindən 2024-cü il 15 oktyabr tarixinə qədər 381 nəfər Ermənistanın mina terrorunun qurbanı olub. Onlardan 70-i həlak olub, 311 nəfər isə xəsarət alıb.
Töhfə Səməd
tag: Mina ,ANAMA ,Ermənistan ,Sursat ,Hərbi ,todaypress.az,