“Bayraktar TB2” dünyada ilkə imza atıb

Hərbi

01.06.2024 18:13

Türkiyənin aviasiya tarixində ilklərə imza atan milli zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Bayraktar TB2” sınaq uçuşlarında avtonom barrel ton manevrini müvəffəqiyyətlə yerinə yetirərək, dünya aviasiya tarixində də bir ilkə imza atıb.

TodayPress xəbər verir ki, manevr sınaqları üçün səmada uçuş həyata keçirən “Bayraktar TB2” spiral orbiti izləyərək və öz oxu ətrafında tam dairə ilə dönərək icra etdiyi bu manevrlə bir daha dünya aviasiya tarixinə adını yazdırıb.

Bu manevri uğurla yerinə yetirə bilən ilk və yeganə PUA olan “Bayraktar TB2” avtonomluğunun və aerodinamik imkanlarının nə qədər inkişaf etdiyini bir daha göstərib.

“Bayraktar TB2”nin tarixi anları sınaq fəaliyyətlərini davam etdirən başqa bir “Bayraktar TB2” və Konyada sursat atış sınağından qayıdan “Bayraktar Akıncı” PUA-sı tərəfindən lentə alınıb.

tag: Dünya, Türkiyə, Bayraktar TB2, Konya,Uçuş, todaypress.az,