Bakıda NATO proqramı çərçivəsində icmal görüşü keçirilib
Hərbi
03.06.2024 18:01
Bakıda
NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində DEEP nümayəndə
heyəti ilə illik icmal görüşü keçirilib.
TodayPress MN-ə istinadən xəbər verir ki, görüşdə Milli Müdafiə Universitetində (MMU) təhsil sisteminin inkişafı və ötən ilki təcrübələrin mübadiləsi, həmçinin cari ilin 7-10 oktyabr tarixlərində universitetin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi konfrans mövzuları müzakirə olunub.
Milli
Müdafiə Universitetinin tabeçiliyində olan təhsil müəssisələrində keçirilən
görüşlərdə yerli və xarici təhsil ekspertləri, universitet nümayəndələri
iştirak ediblər.
Nümayəndə
heyəti Milli Müdafiə Universitetində təhsil sahəsində həyata keçirilən yenilikləri
yüksək qiymətləndirib və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir
mübadiləsi aparıb.
tag: Bakı, NATO,Milli Müdafiə Universteti,DEEP Nümayəndə, Müdafiə Təhsil Təkmilləşdirilməsi,