Azərbaycanda mina qurbanlarının sayı 3400-də çatdı
Hərbi
04.12.2024 14:00
“2020-ci ilin noyabrından 2024-cü ilin noyabrın 30-na qədər olan məlumata əsasən 176.237 hektar ərazi minalardan təmizlənib. 34.996 piyada əleyhinə, 21.022 tank əleyhinə mina, 118.999 ədəd partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 min 15 ədəd mina və müharibənin təhlükəli qalıqları aşkar edilərək zərərsizləşdirilib”.
TodayPress xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş mətbuat konfransında deyib.
Bildirilib ki, Azərbaycandakı mina qurbanlarının sayı 3400-dən çoxdur. Onlardan 359 nəfər uşaq, 38 nəfəri isə qadındır. 10 noyabr 2020-ci ildən bu yana 382 nəfər minaların qurbanı olub. 70 nəfər həlak olub, 312 nəfər xilas olub. Həlak olanlardan 55 nəfəri, xilas olanlardan isə 143 nəfəri mülki şəxsdir. 3 nəfər isə media işçisi olub.
Töhfə Səməd
tag: Mina,Azərbaycan, İşğal,Döyüş Sursatları, todaypress.az,