Azərbaycanda iki general ehtiyata buraxıldı

Hərbi

04.07.2024 15:58

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb. 

Bu barədə TodayPress-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.

tag: Azərbaycan, Müdafiə Nazirliyi, Sərəncam, Zakir Ağayev, todaypress.az,