Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə olunacaq
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının
daha da genişləndirilməsi müzakirə olunacaq.
Bu barədə TodayPress-ə Azərbaycanın Müdafiə
Nazirliyindən bildirilib.
Türkiyə milli müdafiə naziri Yaşar Gülerin başçılıq
etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə
Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha
da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, qardaş ölkənin hərbi rəhbərliyi
"ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək
üçün Bakıya gəlib.
tag: Azərbaycan, Türkiyə, Hərbi, ADEX, Bakı,todaypress.az,