Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Hərbi
19.09.2024 00:16
Azərbaycan Ordusunun
Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür.
TodayPress xəbər verir ki, lokal
xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ
bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan
Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması,
ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis
cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının
artırılması gərginliyin artmasına səbəb olub.
Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər aparılan müşahidələrlə təsbit edilib.
Sentyabrın 19-da Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin
kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil
yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması
nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat
vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat
vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları
tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak
olub və yaralanıb.
Antiterror tədbirlərinin məntiqi nəticəsi olaraq Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılan 2024-cü il aprelin 26-dan etibarən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.
Rusiya Sülhməramlı Kontingenti isə
Azərbaycanı tam tərk edib.
Prezident
İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi,
Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunacaq.
tag: Azərbaycan, Erməmistan,Antiterror,Qarabağ,todaypress.az,