Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olundu
Azərbaycan Ordusu Quru Qoşunlarının raket və
artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Bu barədə TodayPress Müdafiə Nazirliyinə
istinadən xəbər verir.
Bildirilib ki, 2024-ci ilin hazırlıq planına uyğun
olaraq, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən
cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti
düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə
tapşırıqlar yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd raket və
artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi,
hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları
zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin
inkişaf etdirilməsidir.
tag: Müdafiə Nazirliyi, Azərbaycan, Təlim, Artilleriya, todaypress.az,