Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Hərbi

19.03.2025 08:36

1885

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib. 

"Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub" deyə hərbi qurumun məlumatında qeyd olunub. 

Xatırladaq ki, ötən gün Ermənistan ordusunun bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

tag: Azərbaycan,Ordu,Mövqelər,Atəş,Todaypress.az,