Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Hərbi

19.04.2025 09:03

11

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.   

Bu barədə Müdafiə Nazirliyindən TodayPress-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

tag: Müdafiə Nazirliyi,Atəşkəs,Pozulma,Atışma,Azərbaycan Ordusu,Todaypress.az,